|
|
|
|

Avstraliyanın Kvinslend ştatında 2024-cü ilin noyabrından bəri melioidoz epidemiyasından 20 nəfər ölüb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Kvinslend əyalətində palçıq hissəciklərinin nəfəs alması və ya çirklənmiş su ilə təması nəticəsində ötürülən xəstəlik olan melioidoz halları müşahidə olunmağa davam edir.
Kvinslend ştatında 2024-cü ilin noyabrında güclü yağışlar başlayandan bəri 125 yoluxma qeydə alınıb.
Şimaldakı Taunsvil şəhərində yaşlı bir kişinin ölümü ştatda melioidozdan ölənlərin sayını 20-yə çatdırıb.
Səlahiyyətlilər güclü yağışların davam edəcəyi gözlənilən Kvinslenddə yaşlı və xroniki xəstələri palçıqdan uzaq durmağa çağırıb.
Kvinslend Universitetində yoluxucu xəstəliklər professoru. Dr. Paul Griffin, epidemiyanın səbəb olduğu ölümlərin gözləniləndən çox olduğunu və hadisələrin azaldılması və can itkisinin qarşısının alınması üçün insanların xəstəlikdən xəbərdar edilməsinin lazım olduğunu bildirib.
Malik Atilay



