https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin sessiyasına qatılacaq

Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin sessiyasına qatılacaq
Gənclər və İdman naziri Azad Rəhimov Monakoda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında iştirak etmək məqsədi ilə bu ölkəyə rəsmi səfərə yola düşüb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, sessiyada üç əsas: davamlılıq, etimad göstərmə və gənclər mövzularını özündə əhatə edən Olimpiya 2020 Gündəliyinin təqdim olunması nəzərdə tutulur.

Sessiyada eyni zamanda gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyinə seçim prosesində, xüsusi ilə ev sahibliyi edəcək regionun sosial, ətraf mühit və uzun müddətli inkişaf planında mümkün yeni strategiyalar, Olimpiya Proqramı ilə bağlı prosedura müəyyən dəyişikliklər edilməsi mövzuları ətrafında müzakirələr nəzərdə tutulur.

Eyni zamanda 127-ci sessiyada Olimpiya dəyərlərinin və idmanın il boyu dünyada təbliği məqsədi ilə Olimpiya TV kanalının yaradılması və s. mövzular da diqqət mərkəzində olacaq.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.