https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Qazaxıstanın Aktau şəhərində beynəlxalq güləş turniri keçirildi - Fotolar

Qazaxıstanın Aktau şəhərində beynəlxalq güləş turniri keçirildi - Fotolar

Qazaxıstanın Aktau şəhərində Qazaxıstan xalqları Assambleyasının 20 illiyi, Azərbaycan və Qazaxıstan Respublikasının əməkdar məşqçisi Maqomed Rəsulovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beşinci beynəlxalq turnir keçirilib.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğundan 525.az-a verilən xəbərə görə, Qazaxıstanda yaşayan xalqlar arasında birliyin qorunması, sağlam həyat tərzinin təbliği, sərbəst güləş üzrə idman növünün populyarlaşdırılması və qonşu ölkələr arasında idman sahəsində əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilən turnirə Qazaxıstan, Rusiya Federasiyası, İran, Özbəkistan, Türkmənistan və Azərbaycandan olan ümumilikdə 260 idmançı, 16 komanda qatılıb.

Turnirdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi Rövşən Suleymanovun rəhbərliyi ilə Aktau ilə qardaşlaşmış şəhər olan Sumqayıt şəhər idman məktəbinin idmançıları da iştirak ediblər.

Turnirdə 53 kq çəki dərəcəsində Sumqayıt şəhər 22 saylı məktəbin şağirdi, 1998-ci il təvəllüdlü Həmzalzadə Səbinə Dəmir qızı 3 rəqib üzərində inamlı qələbə qazanaraq 1-ci yeri, 1997-ci ildə anadan olmuş Əhmədli Tural Saleh oğlu 60 kq çəki dərəcəsində 3-cü yeri tutublar, 1999-cu il təvəllüdlü Sumqayıt şəhər 3 saylı orta məktəbin şagirdi Əzizov Fəqan Camal oğlu isə 5-ci yerlə kifayətlənib.Turnirin bağlanış mərasimində Qazaxıstanın Manqistau vilayəti rəhbərliyi, Aktauda yerləşən diplomatik nümayəndəliklər və digər qurumların nümayəndələri iştirak edib.

Turnirin qaliblərinə kubok və medallar təqdim olunub.

Qazaxıstanın Aktau şəhərində beynəlxalq güləş turniri keçirildi - Fotolar

Qazaxıstanın Aktau şəhərində beynəlxalq güləş turniri keçirildi - Fotolar

Qazaxıstanın Aktau şəhərində beynəlxalq güləş turniri keçirildi - Fotolar

Qazaxıstanın Aktau şəhərində beynəlxalq güləş turniri keçirildi - Fotolar

Şəkil sayı: 4
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.