https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

I Avropa Oyunlarının açılış mərasiminin bəzi detalları açıqlanıb

I Avropa Oyunlarının açılış mərasiminin bəzi detalları açıqlanıb
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminin bəzi detalları açıqlanıb.

Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, iyunun 12-də saat 20:15-də başlayacaq tədbir Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi şəhərin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək.
 
Milli stadionda olacaq açılış mərasiminin yarışlarda iştirak edəcək bütün idmançılarda qürur hissi yaradacağı da bildirilir.
 
Bakı-2015-in mərasimlər üzrə direktoru Katerin Uqvunun sözlərinə görə, Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda 6 min könüllü iştirak edəcək:

“Açılış mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək və idmançılar Bakıda salamlanacaq. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hissdi və əminəm ki, gələn dinləmələrdə daha çox sayda iştirakçını görəcəyik”.
 
Afina-2004-ün mərasimlərinin bədii direktoru qismində gördüyü işlərlə böyük rəğbət qazanmış Dimitris Papaioannou iştirakçı dinləmələrinə başladıqları üçün çox həyəcanlı olduqlarını və növbəti həftələrdə daha çox könüllünü görməyə ümid edir.
 
Bu arada Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yaxınlarda İlk Avropa Oyunları həyəcanını paylaşmaq üçün “Ailə günü” tədbirini keçirib. İşçi heyətinin ailə üzvləri gimnastika və qılıncoynatma növləri üzrə nümayişləri izləmək, canlı musiqidən zövq almaq və Oyunların açılış mərasiminə geri sayımı qeyd etmək üçün Bakı-2015-in baş ofisinə dəvət olunub.
 
Hazırda Bakı-2015-in işçi heyətində dünyanın 43 ölkəsindən 1200-dən çox nümayəndə təmsil olunur.
 
Qeyd edək ki, Bakı-2015-in açılış mərasimində çıxış edəcək iştirakçılar üçün dinləmələrə start verilib. Burada könüllü olmaq üçün yaş həddi 18 və ya daha çox olmalıdır.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.