https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Ronaldo "11"likdən kənarda qaldı

Ronaldo "11"likdən kənarda qaldı

Dünən keçirilən 8 oyunla başa çatan Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı "11"liyi müəyyənləşib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, siyahıda ən çox "Atletiko" (Madrid) və "Çelsi" klublarının futbolçuları yer alıb.

Hər iki komandanın 2 futbolçusu qrup mərhələsinin ən yaxşıları sırasına düşməyi bacarıb. Ötən ilin ən yaxşı futbolçusu seçilən "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo isə "11"likdən kənarda qalıb.

Bu mövsüm vurduğu qollarla "Real"ın canlı əfsanəsi Raul Qonzalesi geridə qoyan "Barselona"nın futbolçusu Lionel Messi və BATE ilə görüşdə 5 dəfə fərqlənən "Şaxtyor" klubunun forvardı Luis Adriano ÇL-in qrup mərhələsinin ən yaxşı hücumçuları sırasında qərarlaşıb.

Qapıçı: Tomas Vaçlik ("Bazel")

Müdafiəçilər: Marselo ("Real", Madrid), Aymen Abdennour ("Monako"), Con Terri ("Çelsi"), Xuanfran ("Atletiko", Madrid)

Yarımmüdafiəçilər: Nemanya Matiç ("Çelsi"), Koke ("Atletiko", Madrid), Yaşin Brahimi ("Portu"), Aryen Robben ("Bavariya")

Hücumçular: Lionel Messi ("Barselona"), Luiz Adriano ("Şaxtyor", Donetsk)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.