Aprelin 21-də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor, tanınmış alim Aygün Attar IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri ilə görüş keçirib.
525.az teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, fondun binasında baş tutan görüşdə çıxış edən teatrın direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qəbul və xoş münasibət üçün kollektiv adından Aygün xanıma dərin təşəkkürünü bildirib. Rəşad Əhmədzadə vurğulayıb ki, türk dünyasının tanınmış alimi, ictimai-siyasi xadimi, professor Aygün Attar nümunəvi həyat yolu və dolğun fəaliyyəti ilə bir çoxlarımız üçün örnəkdir.
Daha sonra onun çoxşaxəli fəaliyyətində maddi-mənəvi dəyərlərin təbliği işinin mütəşəkkil təşkilinin də daim ön planda olduğuna diqqət çəkib.
Bu mənada mədəniyyət sahəsi və sənət adamlarına xüsusi sevgi, həssaslıqla yanaşır.
A. Attarın iki dost, qardaş ölkə arasında böyük mənəvi körpü olduğunu dilə gətirən R. Əhmədzadə ona şərəfli fəaliyyət yolunda uğurlar arzulayıb.
Öz növbəsində bu görüşdən məmnun olduğunu deyən A. Attar milli mədəniyyətimiz, onun əsas qollarından olan teatrımızın təşəkkülü üçün ölkə sərhədlərindən kənarlarda daha geniş müstəvidə təbliğini vacib sayıb. Bu mənada festival və sənət mübadiləsi xarakterli bu kimi tədbirlərin intensivliyinə diqqət çəkib, festivalın işinə uğurlar arzulayıb.
Azərbaycan Dövlət Kukla Teatrı təmsilçilərinə uğurlar arzulayıb.