Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Dünya Müstəqil Televiziya şirkəti arasında “Dünya” TV-nin yayımına dair müqavilə imzalanıb.
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən, region kanalı olan “Dünya”TV “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.
Sumqayıt şəhərində fəaliyyət göstərən kanal 11135/H/27500 tezliyi ilə yayımlanmaqdadır.