|
|
|
|

Yazıçı-publisist, Prezident təqaüdçüsü, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin dünya səviyyəli siyasi xadim, Azərbaycan xalqının dahi lideri Heydər Əliyev haqqında yazdığı "Tarixlərdən boylanan ömür" kitabı dərc olunub.
525.az xəbər verir ki, kitabda Heydər Əliyevin müxtəlif dövrlərdə Azərbaycana rəhbərlik etdiyi zamanlarda vətəninə və xalqına xidmətləri, qurub yaratdığı Azərbaycan, hətta ulu öndər haqqında xarici dövlətlərin ictimai xadimlərinin və tanınmış siyasətçilərin söylədikləri fikirlər yer alıb. Ulu öndər barəsində yazılmış və deyilmiş fikirlərin bir çoxu onunla eyni zaman kəsiyində yaşayan müxtəlif sahələrin insanları, onun yürütdüyü siyasətin nəticələrindən faydalanan gənclərdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabın redaktoru AYB-nin üzvü, hərbi marşlar müəllifi Minaxanım Əkrəmqızı, korrektoru Nuranə Şixəliyeva, dizayneri isə Leyla Babazadədir.



