https://525.az/img/pics/medium/2026-06/395733_jqz1itcr1d.jpg Hökumətlərarası Təqaüd Proqramlarının yaratdığı geniş imkanlar
https://525.az/img/pics/medium/2026-06/395847_dxqjwkqy7h.jpg “Cənnətdən gələn oğlan”: Din, hakimiyyət və vicdan arasında - Kinoseans
https://525.az/img/pics/medium/2024-10/328554_ovjxiol5e5.jpg "Coratlı" türkmən akademik
https://525.az/img/pics/medium/2026-06/395845_sy750tx0og.jpg Necə unudaq səni?
search
30 İyun 2026
29 İyun 2026

Azərbaycan millisi Macarıstana uduzdu

Azərbaycan millisi Macarıstana uduzdu

Bu gün Azərbaycan millisi hazırkı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

525.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edib. "Liv Bona Dea Arena"da oynanılan görüş millimizin məğlubiyyəti ilə başa çatıb - 1:2.

Azərbaycan millisi 3 gün əvvəl Latviya yığması ilə də yoldaşlıq oyunu keçirib. Bu matç 0:0 hesabı ilə yekunlaşıb.Daha əvvəl - bu ilin martında keçirilən yoxlama matçlarında isə Azərbaycan millisi Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.

Qeyd edək ki, Macarıstanla matç Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyi son görüş olub. Yığmamız sentyabr ayında seçmə mərhələnin D qrupunda (rəqiblər Fransa, Ukrayna və İslandiyaya) qarşı mübarizəyə başlayacaq.

10 iyun

Yoxlama oyunu

20:00. Azərbaycan - Macarıstan - 1:2 

Qollar: Barnabas Varqa, 5 (0:1), Renat Dadaşov, 8 (1:1), Dominik Soboslay, 34 (1:2)

Baş hakim: Viktor Şimusik (Belarus)

"Liv Bona Dea Arena"

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.