|
|
|
|

Ötən şənbə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) "ClimBaku" İdman Dırmanma Mərkəzində keçirdiyi Draytulinq üzrə İkinci Açıq Respublika Çempionatının təsnifat mərhələsi uğurla başa çatıb.
Çempionatda Azərbaycanın müxtəlif bölgələrindən olan 30 klubun 100-ə yaxın idmançısı iştirak edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın təsnifat mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar.
Dekabrın 28- də final mərhələsi ilə davam edəcək Çempionata İran, Türkiyə, Dağıstan və Gürcüstan idmançılarının da qatılacağı gözlənilir.
Qeyd edək ki, draytulinq dünyada inkişaf etməkdə olan gənc idman növlərindən biri olub, buzadırmanma alətləri ilə süni divarda dırmanma yarışıdır.
Azərbaycanda bu idman növünə artan marağın nəticəsidir ki, 11-14 dekabr 2014-cü il tarixlərində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) dəstəyi ilə ABŞ-ın Montana ştatında keçirilmiş draytulinq yarışmasında Azərbaycanın Milli yığma komandası müvəffəqiyyətlə çıxış edib.



