İranın Natanz şəhərindəki uran zənginləşdirmə kompleksi İsrailin İrana endirdiyi zərbələr nəticəsində ciddi zədələnib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi İsrail Prezidenti İshak Hersoqla söhbəti zamanı bildirib.
"Natanzdakı obyektə ciddi ziyan dəyib", - R.Qrossi vurğulayıb.
Qeyd edək ki, Qrossi vəziyyəti yerində öyrənmək üçün İrana səfər etməyi planlaşdırır.