İranlı alimlər dinc nüvə proqramı üzərində işləməyə davam edəcəklər.
525.az “Report” a istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AAET) nümayəndəsi Bəhruz Kamalvandi bildirib.
"Biz bu yolda ciddi şəkildə irəliləməyə davam edəcəyik", - İran mediası onun sözlərindən sitat gətirir.
Kamalvandi vurğulayıb ki, Tehran atom enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququndan imtina etmir.