|
|
|
|

Ermənistanın Baş naziri Nikol Paşinyan ruhanilərin həbsləri fonunda ölkədə sabitliyi poza biləcək bütün təhlükəsizlik çağırışlarının neytrallaşdırıldığını bəyan edib.
525.az xəbər verir ki, bu barədə o, Milli Təhlükəsizlik Xidmətinin yeni direktoru Andranik Simonyanı təqdim edərkən əməkdaşlarla görüşdə deyib.
"Ermənistanda sabitliyi poza biləcək və təhlükəsizliyə təhdid yarada biləcək bütün çağırışlar indi uğurla zərərsizləşdirilib", - Baş nazir əlavə edib.
Eyni zamanda, o, əmin edib ki, bu gün ölkənin üzləşdiyi çağırışlar hibrid xarakter daşıyır və tərkibində terrorizm və konstitusiya quruluşunun pozulması elementləri, həmçinin casusluq elementləri var.
Pərvanə Sultanova



