|
|
|
|

ABŞ Prezidenti Donald Trampın iyulun 9-a təyin etdiyi son tarixdən bir həftə əvvəl ticarət sazişlərinin bağlanması ətrafında ajiotaj gözlənilir.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Bloomberg TV”yə müsahibəsində bildirib.
"İyulun əvvəlində ajiotaj gözlənilir, çünki təzyiq artır", - o bildirib.
S.Bessent əlavə edib ki, bir sıra ölkələr ABŞ ilə "vicdanla danışıqlar aparır".
Lakin, o xəbərdarlıq edib ki, əgər hər hansı bir dövlətlə razılaşma əldə edilməsə, ABŞ administrasiyası apreldə elan edilmiş gömrük rüsumlarına yenidən qayıda bilər.



