|
|
|
|

Liviya sahillərində neft daşıyan "Vilamoura" tankerində güclü partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 27-də baş versə də, mətbuata bu barədə 3 gün sonra məlum olub.
Marşal adalarına məxsus olan tanker Liviyanın Zeytin portundan Hibraltara istiqamət götürübmüş. Hazırda tanker yedəyə alınıb və Yunanıstana aparılır. Partlayışın səbəbləri barədə məlumat yoxdur.
Qeyd edək ki, tankerdə təxmini milyon barel neft var. Neftin dənizə sızmasına imkan verilməyib.
L.Tağıyeva



