|
|
|
|

Türkiyənin Bursa şəhərində zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, Bursanın Gemlik bölgəsində 3.9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbulda da hiss olunub.
Zəlzələ 9.82 kilometr dərinlikdə olub.
Təbii fəlakət nəticəsində hər hansı dağıntı baş verməyib.
İbrahim Cəfərov



