|
|
|
|

Gürcüstan hakimiyyəti hücum etmir, əksinə, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən ədalətsiz rəftardan qorunur.
525.az xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze Gürcüstanın müvəqqəti işlər vəkilinin Britaniya Xarici İşlər Nazirliyinə çağırılmasını şərh edərkən bildirib.
Qeyd edək ki, görüş zamanı Britaniya tərəfi “Gürcü Arzusu” partiyasının Böyük Britaniyaya və beynəlxalq tərəfdaşlara qarşı “yalan ittihamlarını və ictimai hücumlarını” kəskin şəkildə pisləyib.
“Biz heç kimə hücum etmirik. Gürcüstan Avropaya, Böyük Britaniyaya və ya ABŞ-a qarşı necə mübarizə apara bilər?! Bu ağlasığmazdır. Əksinə, biz özümüzü Avropa İttifaqından, o cümlədən Böyük Britaniyadan gələn ədalətsizlikdən müdafiə edirik”, - Kaladze bildirib.
Hakim partiyanın baş katibi deyib ki, Böyük Britaniya səfirliyi son illərdə Gürcüstanda hansı təşkilatları maliyyələşdirdiyini hələ də açıqlamır. Onun fikrincə, inqilablara, çevrilişlərə, cəmiyyətdə parçalanmalara cəhdlərə sponsorluq edən xarici qüvvələr olub.
Pərvanə Sultanova



