|
|
|
|

“Microsoft” korporasiyası bu il ixtisarların ikinci turunda 9 000 işçini ixtisar edəcək.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Şirkət sözçüsü bildirib ki, dəyişikliklər şirkəti bazarda ən yaxşı şəkildə yerləşdirmək üçün zəruridir.
Qeyd edək ki, ixtisarların ilk dalğası 2025-ci ilin mayında baş verib və azı 6 000 işçini əhatə edib. İyunda daha 300 nəfər işdən çıxarılıb.
"Associated Press" nəşrinin məlumatına görə, 2024-cü ildə şirkətin təxminən 228 min işçisi olub. Onların da təxminən 55 %-i ABŞ-dən idi.



