|
|
|
|

Yaponiyanın cənub-qərbində Tokara adaları yaxınlığında 5.5 bal gücündə zəlzələ olub.
525.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələ ocağı 20 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Eləcə də sunami təhlükəsi elan olunmayıb.
İbrahim Cəfərov



