|
|
|
|

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan “korrupsiya” və “terror” araşdırmaları çərçivəsində həbs edilən və sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən azad edilən Əkrəm İmamoğlu ilə bağlı “rəsmi sənədlərin saxtalaşdırılması” istintaqı tamamlanıb.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, İmamoğlunun Kiprdə oxuduğu universitetdən İstanbul Universitetinə köçürülməsinin qeyri-qanuni olduğu iddiası ilə başlanan istintaqda Əkrəm İmamoğlunun “rəsmi sənədlərdə saxtakarlıq” maddəsi ilə 2 il 6 aydan 8 il 9 aya qədər həbs cəzası və “siyasi qadağa” tələb edilib.
İttihamnamənin yekununda İmamoğlunun “rəsmi sənədləri saxtalaşdırma” cinayətində iştirak etdiyi və saxta yolla əldə etdiyi sənədlərin İstanbul Universitetində magistratura, Milli Müdafiə Nazirliyi və Ali Seçki Komissiyası tərəfindən hərbi xidmət üçün istifadə edildiyi və bununla da “zəncirlə rəsmi sənədlərin saxtalaşdırılması” cinayətini törətdiyi iddia edilib.
Hesabat və ifadələrin yer aldığı iddianamədə diplom istintaqında yeni şübhəlilərin müəyyən edildiyi və çoxlu sayda şübhəli olduğuna görə İmamoğlunun dosyesinin digər şübhəlilərdən ayrıldığı bildirilib.
İbrahim Cəfərov



