|
|
|
|
Dünən Kazanlık şəhərində yerləşən "Arsenal" hərbi zavodunun ərazisində güclü partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə partlayış olan tikilinin bir hissəsi uçub.
Qəza zamanı 1 işçi ölüb. Xoş təsadüf nəticəsində başqa itki olmayıb.
Şahidlərin sözlərinə görə, əvvəl ərazidə güclü yanğın başlayıb, daha sonra partlayış olub.
Yerli hüquq-mühafizə orqanlarıdan qəzanın səbəblərinin araşdırıldığı bildirilib.
Qeyd edək ki, təhlükə olmadığından yaxın ətrafda yaşayan sakinlər təxliyə edilməyiblər.
L.Tağıyeva