|
|
|
|
Bu gün səhər Romada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya yerləşdirilib.
Partlayışdan bir qədər əvvəl yük maşını yaxınlıqdakı qaz kəmərinə çırpılıb. Az sonra isə yanacaqdoldurma məntəqəsində partlayış olub. Əvvəlcə iki qəzanın bir-biri ilə əlaqəsinin olub-olmaması bilinməsə də, Roma polisinin komissarı Roberto Massuççi məsələyə aydınlıq gətirib. Məlum olub ki, YDM-də partlayış sıxılmış qazın sızmasından sonra baş verib.
Qeyd edək ki, polis məntəqənin ətrafını boşaldıb. Təhlükəsizlik məqsədilə metronun yaxınlıqdakı "Teano C" stansiyası bağlanıb.
L.Tağıyeva