|
|
|
|
Çinin 20-ci mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çunçin şəhərində baş verib.
Mənzildə baxımsız qalan körpə eyvana çıxıb və oradan yıxılıb. Üzərinə düşdüyü ağacın budaqları və qazonun yumşaq olması onun sağ qalmasına kömək edib. Hər halda, ciddi xəsarətlər alan uşağı mühafizəçi və polis əməkdaşı köməyi ilə təcili tibbi yardımı gözləmədən yaxınlıqdakı xəstəxanaya çatdırıblar.
Qeyd edək ki, həkimlər məhz uşağa köməyə çatan şəxslərin sayəsində vaxt itirilmədiyini və uşağın ölmədiyini bildiriblər.
L.Tağıyeva