|
|
|
|

“Rosqvardiya” rəhbərinin keçmiş birinci müavini Viktor Striqunov saxlanılıb.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
"O, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda ittiham olunur", - mənbə bildirib.
Qeyd olunub ki, o, Sibir dairəsində poliqonun tikintisi zamanı səlahiyyətlərindən sui-istifadə edib.
Mənbənin sözlərinə görə, cinayət işi Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları tərəfindən qaldırılıb.



