https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Neftçi” millinin hücumçusu ilə müqavilə bağlayıb

“Neftçi” millinin hücumçusu ilə müqavilə bağlayıb

“Neftçi” qış fasiləsində ikinci transferini rəsmiləşdirib.
 
Apasport.az saytının məlumata görə, Bakı klubu Aqil Məmmədovun ardınca Rauf Əliyevi də rənglərinə bağlayıb.

Bir neçə gün davam edən danışıqlardan sonra 25 yaşlı hücumçu “Neftçi” ilə müqaviləyə qol çəkib. Razılaşmaya əsasən, Əliyev 2016-cı ilin yayına qədər paytaxt klubunun formasını geyinəcək.
 
Klubun rəsmi saytına açıqlama verən futbolçu “Neftçi” ilə bağlı böyük hədəflərinin olduğunu qeyd edib: "Neftçi" Azərbaycan futbolunun ən köklü komandasıdır. İstənilən yerli futbolçu üçün bu komandada oynamaq şərəfdir. Bu komanda hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparıb. Zəngin tarixi və böyük iddiası olan kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacam. Mən milli komandanın da üzvüyəm. Ona görə də çalışacam ki, "Neftçi"də bacardığım qədər yaxşı çıxış edərək, yığmamıza da faydalı olum".
 
Qeyd edək ki, Azərbaycan yığmasının da şərəfini qoruyan Raufun sonuncu klubu “Xəzər Lənkəran” olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.