https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Messiyə söz verildi: "Enrike qovulacaq"

Messiyə söz verildi: "Enrike qovulacaq"

İspaniya La Liqasının son turunda "Real Sosyedad"a uduzan "Barselona" klubunda Lionel Messi ilə baş məşqçi Luis Enrike arasında yaşanan qalmaqal səngimək bilmir.

Qol.Az-ın "Cadena Cope" radiosuna istinadən verdiyi məlumata görə, bazarertəsi məşqə çıxmayan argentinalı futbolçu ilə gün ərzində əlaqə saxlamaq mümkün olmayıb.

Bu səbəbdən baş məşqçi L.Enrike Messini cəzalandırmaq qərarına gəlib. Lakin Xavi, İniyesta və Buskets cəzanın Messi ilə aralarındakı gərginliyi daha da dərinləşdirəcəyini əsas gətirərək təcrübəli mütəxəssisi fikrindən daşındırıblar. Bunu öyrənən Messi isə rəhbərliklə görüşərək onların qarşısına "ya mən, ya da Enrike" tələbini qoyub. Rəhbərliyin Messiyə baş məşqçinin qovulacağına dair söz verdiyi bildirilir.

Qeyd edək ki, "Real Sosyedad"la görüşdə (0:1) meydana sonradan daxil olan Messinin Enrikenin qərarlarından narazı qaldığı və bu səbəbdən komandanın son məşqində iştirak etmədiyi iddia olunur. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.