https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Onların duası idi ki, biz qalib gəldik" - Qurban Qurbanov

"Onların duası idi ki, biz qalib gəldik" - Qurban Qurbanov

"Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etməyimdən çox məmnunam. Azərbaycanda bir sıra sahələrə investisiya yatırılır. Futbol perspektivli sahədir. Bu sahəyə investisiya qoyulmağını da çox istərdik".

525.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

O bildirib ki, hər bir idmançı çempion olmağı arzulayır, bu adı almaq üçün futbolçu daha çox çalışır.

“2009-cu ildə "Qarabağ"ın Avroliqada məni rəhbərliyim altında oynadığı ilk oyun Norveç klubuna qarşı idi. Həmin gün oyun Ağdamın işğal gününə təsadüf edirdi. Mənim Qarabağda ilk həyəcanlı oyunum idi. Həmin gün stadionda 32 min azarkeş var idi. Hər kəs qalib gəlməyimizi çox istəyirdi. Yanılmıram, onların duası idi ki, biz 1:0 qalib gəldik. O oyunun sevinci məndə daha çox idi, nəinki "Benfika" ilə oyunda. Həmin ili ən uğurlu ilim adlandırardım. Baxmayaraq ki, daha uğurlu oyunlarımız olan illər olub. Hər bir uğurun açarı stabillikdir. Mənim futbolçulardan və özümdən hər zaman bir tələbim olub. Bizdən əlavə uğur istəyirlər”, - deyə tanınmış baş məşqçi bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.