https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Millimizin III MDB Oyunları üçün heyəti açıqlandı

Millimizin III MDB Oyunları üçün heyəti açıqlandı

Azərbaycan U-16 millisinin Qəbələdə keçiriləcək III MDB Oyunları üçün yekun heyəti açıqlanıb.

525.az xəbər verir ki, U-16 millimiz A qrupunda Tacikistan (27 sentyabr) və Qırğızıstan (1 oktyabr) yığmaları ilə mübarizə aparacaq.

Yığmaya aşağıdakı oyunçular dəvət alıblar:

Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Tunar Bayramov, Arda Əzizli, Mehdi Hüseyn, Əhəd Hacızadə, Yusif Orucəliyev, Əli Bəşirov, Daniil Rəcəbov ("Qarabağ"), Kamal Camalzadə, Şikar Şikar, Qafar Babayev ("Neftçi"), Rəsul Balakişiyev ("Marcet" İspaniya), Hamza Tahirov ("Qəbələ"), Raul Paşayev ("Zirə"), Cəfər Cəfərzadə, Xəzər Hüseynzadə, Firdovsi Şeydayev, Ruslan Əbilov ("Sabah")

Qeyd edək ki, III MDB Oyunlarının futbol yarışları Qəbələ şəhər stadionunda təşkil olunacaq. Turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.