https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"İtkisiz irəliləmək mümkün deyil"

"İtkisiz irəliləmək mümkün deyil"

"İki fərqli hissə keçirdik. Birinci hissədə oyuna qoşulmaqda çətinlik çəkdik, istədiyimizi meydanda həyata keçirə bilmədik".

525.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 6-cı turunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 

O, cavab qolunu vurmaqları barədə belə deyib: "İkinci hissədə fərqli oynadıq və nəticədə hesabı bərabərləşdirdik. Oyun elə məcrada davam etdi ki, qalib də gələ bilərdik, məğlub da ola bilərdik".
 
Mütəxəssis oyunun çətin keçməsinin səbəblərindən də danışıb: "Şamaxı"nın heyətində yaxşı futbolçular var, meydanda nə etmək istədiklərini bilirlər. İtkisiz irəliləmək mümkün deyil. Ağır səfərdir, üstəlik süni meydan amili də təsirsiz ötüşmür. Futbolçular belə meydana çətin adaptasiya olurlar. Komandalar yaxşı mübarizə apardılar, azarkeşlər üçün maraqlı görüş oldu".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.