https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

AFFA prezidenti milli komandanın baş məşqçisi ilə görüşüb

AFFA prezidenti milli komandanın baş məşqçisi ilə görüşüb

Bu gün AFFA prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

525.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin əsas millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyundakı (1:1) çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandanın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Qeyd edək ki, Ayxan Abbasov milli komandada baş məşqçi postundan istefaya göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santuşu əvəzləyib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.