https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Başından zərbə alan qapıçı vəfat etdi

Başından zərbə alan qapıçı vəfat etdi

Futbol üzrə İspaniya çempionatının 5-ci divizionunuda çıxış edən  "Kolindres" komandasının qapıçısı rəqiblə toqquşma zamanı başından zərbə alıb və 2 gün sonra vəfat edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

"Kolindres"in şənbə günü "Revilya" ilə oyunu zamanı Raul Ramires rəqib hücumunun qarşısını kəsərkən rəqiblə toqquşub.

Qapalı kəllə-beyin travması alan 19 yaşlı qapıçı huşunu itirib, hətta ürəyi dayanıb. Məşqçi və azarkeşlərdən birini köməyi ilə ürəyin fəaliyyətini bərpa etmək mümkün olub. 

Təcili yardımla xəstəxanaya çatdırılan gənc dünən reanimasiyada vəfat edib.

L.Tağıyeva

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.