https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Belə turnirlər Azərbaycana olan etibarın nümunəsidir" - AFFA-nın icraçı vitse-prezidenti

"Belə turnirlər Azərbaycana olan etibarın nümunəsidir" - AFFA-nın icraçı vitse-prezidenti

AFFA-nın icraçı vitse-prezidenti: Belə turnirlər Azərbaycana olan etibarın nümunəsidir

Azərbaycanda mötəbər turnirlərin keçirilməsi ölkəmizə olan etibarın nümunəsidir.

525.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O, III MDB Oyunları haqqında düşüncələrini bölüşüb:

"Bir neçə gündü ölkəmiz mötəbər yarışa ev sahibliyi edir. Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildi. Ölkəmiz həmçinin, 20 yaşadək futbolçuların dünya çempionatına rəhbərlik edəcək. Bu da ölkəmizə olan etibarın nümunəsidir. Sözügedən yarış qardaş ölkə Özbəkistanla birlikdə keçiriləcək. Əminik ki bu turnir yüksək səviyyədə təşkil ediləcək"

AFFA rəsmisi Azərbaycan millisinin III MDB Oyunlarında çıxışına toxunub:

"Azərbaycan komandası III MDB oyunlarına uğurlu start verib. Bu gün finalda çıxış edir. Komandamıza uğurlar arzu edirik. Qızıl medal gözləyirik. Bu yaşda uşaqlar üçün belə turnirlər çox vacibdir. Çünki hər biri gələcəyin futbolçularıdır və peşəkarlıq səviyyələrini belə turnirlərdə artıra bilirlər. Komandamız yüksək hazırlıq prosesi keçib. Bunun nəticəsi olaraq komanda yüksək səviyyədə çıxış edir".

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.