https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Növbəti oyunlarda cəsarətli çıxış etmək vacibdir" -  U-21 millimizin baş məşqçisi

"Növbəti oyunlarda cəsarətli çıxış etmək vacibdir" -   U-21 millimizin baş məşqçisi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçün Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunlarında cəsarətli çıxış etmək vacibdir.

525.az xəbər verir ki, bu barədə U-21-in baş məşqçisi təyin olunan Rəşad Eyyubov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qarşıdakı rəsmi matçlarla bağlı fikirlərini bölüşüb:

"Bizi iki maraqlı oyun gözləyir. İlk növbədə mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək bizim üçün vacibdir. Taktiki planımız da komandanı buna sövq etməlidir. Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Buna görə də ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidir".

O, futbolçulara inandığını vurğulayıb:

"Məqsədimiz onların potensialını bu matçlarda tam şəkildə üzə çıxarmalarına kömək etməkdir".

Qeyd edək ki, B qrupunda yer alan U-21 oktyabrın 10-da Karvina şəhər stadionunda Çexiya, 14-də isə "Dalğa Arena"da Şotlandiya yığması ilə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.