https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına  sertifikatlar təqdim edilib

Azərbaycan İdman Akademiyasında (ASA) Milli Olimpiya Komitəsinin (MOK) həyata keçirdiyi “Təhlükəsiz idman - hamı üçün” mövzusunda kursların iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilib.

525.az-a MOK-dan bildirilib ki, ASA-nın rektoru Fuad Hacıyev təlim proqramının tələbələr üçün əhəmiyyətindən danışıb. Rektor təlimlərdə akademiyanın 45 tələbəsinin iştirak etdiyini qeyd edərək, kursları uğurla başa vuran gəncləri təbrik edib.

Milli Olimpiya Komitəsinin idman şöbəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev Azərbaycanda bu layihənin 2023-cü ildən fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, bu illər ərzində idman ictimaiyyətində mədəni dəyişiklik, məsuliyyətli davranış və etik dəyərlərin təbliğinə böyük töhfə verilib. V.Əliyev qeyd edib ki, Azərbaycanda "Təhlükəsiz idman - hamı üçün" layihəsi MOK beynəlxalq proqramlar idarəsinin rəhbəri, mərhum Mehman Kərimovun təşəbbüsü ilə reallaşıb.

Çıxışlardan sonra kursu uğurla tamamlayan tələbələr rəsmi şəkildə sertifikatlarla təltif olunublar.

Proqramın məqsədi olimpizmin əsas dəyərləri - “hörmət”, “dostluq” və “mükəmməllik” haqqında məlumatların verilməsi və bu dəyərlərin gündəlik həyata inteqrasiya edilməsidir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.