https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Şahmat millimiz Avropa çempionu ola bilmədi - YENİLƏNİB

Şahmat millimiz Avropa çempionu ola bilmədi -  YENİLƏNİB

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşə çıxıb.

525.az xəbər verir ki, yığmamız son turda Serbiya ilə üz-üzə gəlib.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcəkdi. Ancaq oyun Serbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 13 xal olan Azərbaycan millisi yekun sıralamada ikinci yeri tutub. Millimizin xal itkisindən yararlanan Ukrayna Avropa çempionu olub. Son turda yığmamıza qalib gələn Serbiya qitə birinciliyinin bürünc medalını qazanıb.

Xatırladaq ki, Azərbaycan millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.