|
|
|
|

"Real"ın ikinci komandası "Kastilya"nın baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlama verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Kriştiano Ronaldonun Lionel Messidən daha çox "Qızıl top" mükafatı qazanacağına inandığını deyib:
"Ronaldonun etdikləri kimsə təkrarlaya bilməz. O, bu cür davam etsə, "Qızıl top" mükafatını Messidən çox qazanacaq".
Z.Zidan "Real"da İskonun ona bənzədiyini də bildirib:
"Azarkeşlər də onu çox sevir. İsko "Real"da oynamağa layiq olduğunu hər kəsə sübut edir".



