https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Güləşçimiz bürünc medal görüşünə vəsiqə qazandı

Güləşçimiz bürünc medal görüşünə vəsiqə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İlkin Qurbanov Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında bürünc medal görüşünə çıxacaq.

525.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada türkiyəli Mert İlbarsa ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib. 

O, üçüncü yer uğrunda görüşdə özbəkistanlı Mehrac Bəhramovla üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulan Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova (55 kiloqram) və Ruzanna Məmmədova (65 kiloqram) təsnifat mərhələsində, Nərgiz Səmədova (57 kiloqram) isə 1/8 finalda rəqiblərinə məğlub olublar.

Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da, medallar uğrunda görüşlər isə 20:00-da başlayacaq.

Qeyd edək ki, U-23 dünya çempionatında Elmir Əliyev (55 kiloqram) və Ziya Babaşov (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Ruslan Nurullayev (72 kiloqram) isə bürünc medal qazanıb. Hazırda aktivində iki qızıl medal olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu nəticə ilə yeni rekorda imza atıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.