|
|
|
|

Qızılın qiyməti günü gündən bahalaşır. Bu bahalaşma 2026-cı ildə də davam edəcək”.
İqtisadçı ekspert Xalis Kərimli bunu 525.az-a söyləyib. O qeyd edib ki, ABŞ ilə Çin arasında davam edən ticarət gərginliyi də qızılın qiymətinə təzyiq göstərən əsas amillərdən biridir. Bu gərginlik əmək bazarlarına mənfi təsir edə və ABŞ Federal Ehtiyat Sisteminin (FED) daha yumşaq monetar siyasətə keçməsi ehtimalını artıraraq investorları qızıla yönəldə bilər. Beləliklə, artan narahatlıqlar və qeyri-müəyyənliklər fonunda iri beynəlxalq banklar və analitik şirkətlər qızıl üzrə qiymət proqnozlarını yuxarı istiqamətdə yeniləyir. Dünyada siyasi və iqtisadi qeyri-müəyyənliyin, eyni zamanda gərginliyin səngiməməsi nəticəsində qızıl risk və sığorta aləti kimi daha da cəlbedici olur:
“Qızılın bahalaşmasının Azərbaycan iqtisadiyyatına müsbət təsiri var. Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Fondu öz ehtiyatlarının 25-26 faizini qızıl aktivlərində saxlayır. Qızılın qiyməti artdıqca, Fondun sərvətinin dəyəri də artır. Digər bir məqam odur ki, ölkənin qızıl ixracı ilə məşğul olan şirkətlərinin maliyyə vəziyyəti yaxşılaşır”.
Sevinc QARAYEVA



