https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Qarabağ" PFL-ə müraciət etdi

"Qarabağ" PFL-ə müraciət etdi

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

525.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə oyununa daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 10-cu turunda keçiriləcək “İmişli” – “Qarabağ” matçı ilə 20-ci turda  baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib. 

Bildirilib ki, “Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, 10-cu turda  komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək. 20-ci turun görüşü  isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.