https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəlib - Dünya Kuboku

Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəlib -  Dünya Kuboku

Hindistanın Qoa ştatında kişi şahmatçılar arasında Dünya Kubokunun 1/64 final mərhələsinə yekun vurulub.

525.az xəbər verir ki, bu mərhələdə Azərbaycanın dörd şahmatçısı mübarizə aparıb. Aydın Süleymanlı tailandlı Prina Laoxavirapapanı, Nicat Abasov isə özbəkistanlı Muhammedzohid Suyarovanı hər iki görüşdə məğlub edərək mərhələ adlayıb.

Təmsilçilərimizdən Əhməd Əhmədzadə Surye Şexar Qanquliyə (Hindistan) hər iki partiyada uduzaraq Dünya Kubokunu tərk edib. Read Səmədov isə İtaliya şahmatçısı Lorenso Lodiçiyə 0,5-1,5 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Dünya Kubokunda 1/32 final mərhələsinə noyabrın 4-də start veriləcək. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov və Rauf Məmmədov bu mərhələdə yarışa qoşulacaq. Zəka sahiblərimiz müvafiq olaraq Gerqeli Kantor (Macarıstan), Rasmus Sveynlə (Rumıniya) qarşılaşacaqlar.

Qeyd edək ki, Dünya Kuboku noyabrın 26-da başa çatacaq. Yarışda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Dünya Kubokunun ümumi mükafat fondu 2 milyon ABŞ dollarına bərabərdir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.