https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Çelsi"yə qarşı çox rahat oynamalıyıq" - Elvin Cəfərquliyev

"Çelsi"yə qarşı çox rahat oynamalıyıq" -  Elvin Cəfərquliyev

"Böyük komandaya qarşı oynayacağıq. Bunun fərqindəyik. Həm inamlı, həm mübariz, həm də səbrli olmalıyıq. Bu matçın mahiyyətini bilirik. Sabah bütün Azərbaycanın gözü üzərimizdə olacaq. Buna baxmayaraq, komanda olaraq çox rahat oynamalıyıq".

525.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda sabah Bakıda "Çelsi" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, İngiltərə nəhəngi ilə oyuna hazır olduqlarını bildirib: "Çelsi"ni analiz etmişik. Mənfi və müsbət tərəflərini bilirik. Bir az fərqli sistemdə oynayırlar. "Çelsi"nin fərdi baxımdan güclü futbolçuları var. Ani bir səhv hər şeyi həll edə bilər. Çox diqqətli olmalıyıq. Ümumilikdə isə oyuna hazırıq".

- Məşq etmək çətindir, yoxsa meydanda emosiyaları cilovlamaq?

- Nə deyə bilərəm? Mənim xarakterim elədir ki, aqressivlik, çılğınlıq var. Amma hər iki tərəfdə də yaxşı məşq edirəm ki, hər şey mənim üçün müsbət tərəfə yönəlsin, mənfi tərəf olmasın. Məşq etmək də asandır.

- Mediada yayılan xəbərlərə görə, sabah “Çelsi”nin sağ cinahında böyük ehtimalla Estevao Villian oynayacaq. Rəqibi təxribata çəkən, vərəqələr aldırmağı bacaran futbolçudur. Ona qarşı xüsusi hazırlaşmısanmı?

- Bu cür böyük oyunlarda temp yüksək olur. Birəbir mübarizələrdə yaxşı olmağı bacarmalısan. Bu cür oyunları çox oynamışıq. İşimizi bilirik, harda nə etməli olduğumuzu bilirik. Mübarizələrdə vərəqə yox, top almağı fikirləşirəm.

- “Çelsi”nin hansı axsayan tərəfi var? 

- Onların zəif tərəflərini danışmasam yaxşıdır. Meydanda göstərmək lazımdır. Təhlillər etmişik, oyunun gedişində yüksək pressinq tətbiq edirlər. Eyni zamanda boşluq da verirlər. Sabah bundan yararlanmaq lazımdır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.