|
|
|
|

“Azərbaycanla Əlcəzair arasında iqtisadi tərəfdaşlığın genişləndirlməsi üçün enerji, ticarət kənd təsərrüfatı, turizm sahələrində böyük potensial var”.
525.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Əlcəzairin Azərbaycana yatırdığı investisiyalar, ölkəmizdə fəaliyyət göstərən şirkətləri və ticarət dövriyyəsinin dinamikası ticari əlaqələrin inkişafını göstərir:
“Xüsusilə, enerji sahəsində OPEC+ və Qaz İxrac Edən Ölkələrin Forumu çərçivəsində, həmçinin neft, neft-qaz məhsulları, ticarət və mikro ticarət üzrə mövcud əməkdaşlığın daha da dərinləşməsi üçün əlverişli imkanlar var. Bu əməkdaşlıq karbohidrogen, neft- kimya, yaşıl enerji layihələri, enerji məhsullarının tədarükü və daşınması, birgə layihələrin reallaşdırılması və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən Anlaşma Memorandumu ilə də təsdiqlənib. Bu prosesdə birgə İşçi Qrupunun fəaliyyəti, eləcə də SOCAR və “Sonatrach” mühüm rol oynayır.
Pərvanə Sultanova



