|
|
|
|

Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
525.az xəbər verir ki, millimiz cüdo üzrə qarışıq komanda yarışlarının finalında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.



