https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Qarabağ” dünya reytinqində irəliləyib

“Qarabağ” dünya reytinqində irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

525.az xəbər verir ki, siyahıya ümumilikdə 502 klub daxil edilib. Azərbaycan çempionu “Qarabağ” 192,25 xalla 17 pillə irəliləyərək 82-ci yerdən 65-ci sıraya yüksəlib.

Digər Azərbaycan klubları da reytinqdə irəliləyiş əldə ediblər. Belə ki, “Sabah” 296-cı mövqedən 276-cı yerə, “Araz-Naxçıvan” 391-ci yerdən 390-cı sıraya, “Zirə” isə 407-ci pillədən 387-ci mövqeyə qalxıb.

IFFHS-nin cədvəlinə PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin “Real Madrid”, “Çelsi”, “İnter” və “Bavariya” klubları yer alıblar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.