|
|
|
|

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 196,4 mln. manat həcmində vəsait yönəldilib.
525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin müvafiq dörünün göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,8% azalıb.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 738,7 mln. manat həcmində vəsait yönəldilib. 2023-cü ilin göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,4% azalıb.



