https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Araz-Naxçıvan" "Benfika"ya böyük hesabla uduzdu

"Araz-Naxçıvan" "Benfika"ya böyük hesabla uduzdu

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçına çıxıb.

525.az xəbər verir ki, doğma meydanda "Benfika"nı qəbul edən Azərbaycan çempionu 0:9 hesabı ilə rəqibinə uduzub. Bakı İdman Sarayında keçirilən görüşə təmsilçimiz itkilərlə çıxıb. Belə ki, sarı vərəqə limitini dolduran Giovanny Valero, Karlos Bertuola və Alekssanderson Teixeira komanda yoldaşlarına kömək edə bilməyiblər. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın heyətində yer alıblar.

İlk olaraq hesab 13-cü dəqiqədə açılıb. Künc nöqtəsindən ötürməni Silva havadaykən qapıya göndərib. Qonaqlar fasiləyə qədər daha 3 qol vurublar. İkinci hissəyə də Portuqaliya təmsilçisi qolla başlayaraq sonrakı dəqiqələrdə fərqi 9 topa qədər yüksəldib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) ilə Sportinq (Portuqaliya) arasında baş tutacaq oyunun qalibi ilə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.