https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Qarabağ" Çempionlar Liqasında neçəncidir?

"Qarabağ" Çempionlar Liqasında neçəncidir?

Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.525.az 

525.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ötən gecə səfərdə "Napoli" ilə qarşılaşıb. Ağdam təmsilçisi İtaliya klubuna 0:2 hesabı ilə uduzub.

1-ci turda "Benfika"ya (3:2), 2-ci turda "Kopenhagen"ə (2:0) qalib gələn, 3-cü turda "Atletik"ə məğlub olan (1:3), 4-cü turda isə "Çelsi" ilə heç-heçə (2:2) edən Qurban Qurbanovun komandası hazırda sıralamada 7 xalla 19-cudur. 

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

"Qarabağ" yarışda növbəti matçını "Ayaks"a qarşı keçirəcək. Dekabrın 10-da, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 21:45-də başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.