https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Səbail" baş məşqçisi ilə yollarını ayırdı

"Səbail" baş məşqçisi ilə yollarını ayırdı

Bu gün I Liqanın 9-cu turu çərçivəsində“ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” (0:2) oyunundan sonra “Səbail” PFK-nın İdarə Heyətinin iclası keçirilib.

525.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.

İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İdarə Heyəti məşqçi heyətinə göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, “Səbail” 1-ci liqada 9 oyundan 18 xalla 2-ci yeri tutur. Komanda lider “Şəfa”dan 5 xal geri qalır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.