https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

MPK nümayəndə heyəti özbəkistanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

MPK nümayəndə heyəti özbəkistanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti Özbəkistan Paralimpiya Komitəsinin qonağı olub.

525.az xəbər verir ki, səfər çərçivəsində MPK-nın baş katibi Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti komitənin inzibati binasını ziyarət edib və Özbəkistan Paralimpiya Komitəsi sədrinin müavini Hikmət Toshmatov və sədrin müşaviri Mardonbek Davronov ilə görüşüb.

Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə ediblər.

Qeyd edək ki, səfərin ilk günündə ARMPK-nın nümayəndə heyəti Daşkənd şəhərində yeni inşa edilmiş Olimpiya və Paralimpiya şəhərciyi ilə tanış olublar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.