https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Artıq futbol tarixinin ən çox qol ötürməsi edən oyunçusu odur!

Artıq futbol tarixinin ən çox qol ötürməsi edən oyunçusu odur!

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi dünya futbolu tarixində yeni rekorda imza atıb. 

525.az-ın “TNT Sports”a istinadən yaydığı məlumata görə, 38 yaşlı  futbolçu karyerası ərzində ən çox qol ötürməsi edən oyunçu olub.

MLS-in pley-off mərhələsinin yarımfinalında Messinin çıxış etdiyi “İnter Mayami” “Nyu-York Siti”ni 5:1 hesabı ilə məğlub edib. Argentinalı hücumçusu qarşılaşmada bir qol ötürməsi verərək pley-offdakı məhsuldar oyunlar seriyasını 8 matça çatdırıb.

Bu, Messinin karyerasında 405-ci qol ötürməsidir. Bununla da o, əfsanəvi Ferens Puşkaşın (404 assist) dünya rekordunu yeniləyib.

38 yaşlı Messi indiyədək “Barselona”, PSJ və “İnter Mayami”nin heyətində çıxış edib, həmçinin Argentina millisinin lideridir. O, 2022-ci il dünya çempionu, 10 dəfə İspaniya çempionu, 2 dəfə Fransa çempionu, 2 dəfə Amerika Kubokunun qalibi, 2008-ci il Olimpiya çempionu, 4 dəfə Çempionlar Liqasının və 3 dəfə Klublararası Dünya Çempionatının qalibi olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.